kanal14.az
kanal14.az

Babayan QUŞ BURAXMAQDA DAVAM EDİR... - "Heç vaxt Azərbaycanın bir hissəsi olmayacağıq"

Babayan QUŞ BURAXMAQDA DAVAM EDİR... -
16-07-2021, 13:52 56 dəfə baxılıb

Babayan QUŞ BURAXMAQDA DAVAM EDİR... - "Heç vaxt Azərbaycanın bir hissəsi olmayacağıq"

 

 
Kanal14.az: - "Mövqeyimiz dəyişməz olaraq qalır. Biz heç vaxt Azərbaycanın bir hissəsi olmayacağıq. Hər kəs bunu yaxşı başa düşməlidir”.

Bu cür təxribat xarakterli bəyanatla keçmiş Dağlıq Qarabağ separatçı rejiminin "xarici işlər naziri” David Babayan "Armenpress”ə müsahibəsi zamanı çıxış edib. Dırnaqarası diplomat erməni tərəfinin illərdir dəyişməyən xislətini bir daha nümayiş etdirib:

"Məsələn, diplomatik nümayəndələr qalxıb Şuşaya gedirlər. Əslində, bununla da Azərbaycana "Qarabağ sənindir” deyirlər. Bu, bizim üçün qəbuledilməzdir. Sona qədər dayanmalıyıq. Başqa variant yoxdur, biz Azərbaycanın bir hissəsi olmayacağıq. Bu, bizim mövqeyimizdir”, - deyə Babayan qeyd edib.

O, qondarma rejimin gələcəkdə ayrıca "geosiyasi varlıq” olaraq fəaliyyət göstərməsi kimi bir xəyala qapılıb. //qazet.az//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA