Gündəm / Siyasət

İrəvana qarşı TƏZMİNAT İDDİASI UNUDULDUMU? - NƏ ETMƏLİ?

İrəvana qarşı TƏZMİNAT İDDİASI UNUDULDUMU? - NƏ ETMƏLİ?

 

 
Kanal14.az: -"Ermənilərin atəşkəsi pozması "regionda hələ də sülh yoxdur” mesajıdır və böyük ehtimalla Rusiya tərəfindən təşviq edilir”.
Bunu  politoloq Azər Qasımov deyib. Ekspert bildirib ki, Naxçıvan sərhədinə və Şuşaya atəş açılması təxribatçı qüvvələrin prosesləri daha həssas nöqtəyə çəkmək, vəziyyəti kəskinləşdirmək istəyindən qaynaqlanır:

"Maraqlı qüvvələr diqqəti Ermənistan daxilindən yayındırmaq niyyətindədir. Əslində erməni tərəfi başa düşür ki, bu kimi təxribatları cavabsız qalacaq. Onlar düşünürlər ki, Azərbaycan tərəfi istədiyini alıb və bundan sonra sadəcə stabillik istəyir. Hətta bizim sülh müqaviləsi barəsində çağırışlarımız erməniləri cəsarətləndirir.

Seçkilərdən sonra çoxları erməni xalqının Paşinyana səs verməklə stabillik istədiyini iddia etsə də, görünən odur ki, İrəvanda və Moskvada sabitlik arzusunda olmayanlar var.

Çünki stabillik Qarabağ məsələsinin həll edilməsi və birdəfəlik gündəmdən çıxması deməkdir. Bu baxımdan ara-sıra gərginliyin olması lazımdır ki, problem gündəmdə qalsın.

Belə gedişat İranın da maraqlarına uyğundur. Məsələni konkret həll etmək istəyiriksə, erməni tərəfini sülhə məcbur etməliyik. Bununla paralel təzminat məsələsini də gündəmə gətirməliyik”.//dia.az