kanal14.az
kanal14.az

"Kontakt Home" yenə məhkəməyə verildi - SƏBƏB

13-07-2021, 17:46 98 dəfə baxılıb


"ABC-Telecom” (Kontakt Home mağazalar şəbəkəsi) cərimələnib.

Kanal14.az
-ın Lent.az-a istinadən məlumatına görə, "Kontakt Home” gömrük qaydalarını pozub. Buna görə də mağazalar şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Tərtib olunan protokol baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. İş hakim Rəşad Cavadzadənin icraatına verilib.

Həmin maddə əsasında "Kontakt Home”u 1500 manat cərimə gözləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA