Gündəm / Sosial

“Aeroflot”dan Azərbaycana qərəzli yanaşma - "...şikayəti yalnız 2 nəfər yaza bildi"


Moskvadan Bakıya uçuş edən "Aeroflot” Hava Yolları Azərbaycan ərazisinin adını düzgün qeyd etməyib.

Bu barədə Axar.az-a Rusiyadan ölkəmizə uçuş edən həmyerlimiz məlumat verib.

Həmyerlimiz qeyd edib ki, uçuş xəritəsində Qarabağa nəzər yetirəndə "sürprizlə" qarşılaşıb:

"Xankəndinin adı Stepanakert kimi qeyd olunub. Bununla bağlı təyyarə bələdçisini çağıraraq etirazımı bildirdim. Mənə dedilər ki, xəritə hələ yenilənməyib. Təkrar bildirdim ki, Xankəndidən başqa bütün rayonlarımızın adları düzgün qeyd olunub. O zaman mənə dəftər verərək, şikayətimi yaza biləcəyimi dedi. Təəssüf ki, bu xəritəni təyyarənin enməsinə 15 dəqiqə qalmış gördüm və şikayəti yalnız 2 nəfər yaza bildi”.

Qeyd edək ki, "Aeroflot” Rusiyaya məxsus ən böyük hava yolları şirkətidir.