Gündəm / Cəmiyyət

Bu peşələri seçənlər pula "pul" deməyəcək

Bu peşələri seçənlər pula "pul" deməyəcək

 

 

"Biznes İnsayder" adlı şəbəkənin mütəxəssisləri gələcəkdə ən çox qazanan 20 peşəni müəyyənləşdiriblər.

Kanal14.az Unikal.org-a istinadən xəbər verir ki, siyahının əvvəlində politoloqların - siyasətçilərin olması xeyli diqqət çəkib. Belə ki, araşdırmalara əsasən politoloqlar təqribən 124 min dollardan çox maaş ala biləcəklər.

"Biznes İnsayder" hesab edir ki, texnologiyanın inkişafı ilə əlaqədar ixtisaslar da insan ehtiyaclarından asılı olaraq dəyişir. Əslində keçmişdə "sevimli peşələr" adlandırılan bir çox peşə hazırda tətbiq olunmur. Sözügedən şəbəkədə çalışan mütəxəssislər də peşələrini seçəcək şəxslərə bələdçilik etmək üçün gələcəkdə ən çox qazanan 20 peşəni açıqlayıb. Qeyd edək ki, bu siyahı 2029-cu ilə nəzərən hesablanıb.

Birincisi siyasət adamları olan siyahıda ikinci yeri kimya mühəndisləri tutur. Belə ki, 2029-cu ildə bu peşəni seçənlərin orta illik maaşı 114.820 dollar olacaq.

3. İdarəetmə fəaliyyəti araşdırma təhlilləri - bu peşə sahiblərinin orta illik əmək haqqı 92 min 280 dollar olaraq qiymətləndirilib.

4. Fiziklər - orta illik əmək haqqı 137.700 dollar olacaq.

5. Hidroloqlar - illik orta əmək haqqı 90 min 150 dollar olacaq.

Sonrakı yerləri isə bu peşələr tutur:

6. Qida texnoloji mütəxəssisləri;

7. İqtisadiyyat müəllimi;

8. Biomedikal mühəndislər;

9. İqtisadiyyatçılar

10. Statistika;

11. Epidemioloqlar;

12. Kompüter mühəndisləri və məlumat mütəxəssilləri;

13. Məktəb sonrasi təhsil məsləhətçiləri;

14. Sənətçi və idmançilar üçün məsləhət xidmətləri;

15. Arxeoloqlar;

16. Məktəb sonrasi fəlsəfə və dini mədəniyyət müəllimləri;

17. Maliyyə auditləri;

18. Çevrə alimləri və ətraf mühit mütəxəssisləri;

19. Memarlar;

20. Texniki yazarlar.