Gündəm / Hadisə

ATASININ PENSİYASI KƏSİLDİ, HƏKİMƏ 4 BIÇAQ VURDU – BAKIDA CİNAYƏT…

ATASININ PENSİYASI KƏSİLDİ, HƏKİMƏ 4 BIÇAQ VURDU – BAKIDA CİNAYƏT…

 

Kanal14.az: - Bakıda 5 saylı şəhər xəstəxananın həkim-qastroenteroloqu Zöhrab Şamxalov bıçaqlanıb.Bu haqda sosial mediada məlumat yayılıb.

Belə ki, xəstəxanaya gedən bir pasientin oğlu ona hücum edərək 4 bıçaq zərbəsi endirib. Hazırda həkim reanimasiyadadır, vəziyyəti ağırdır. Səbəb isə əlilliyin kəsilməsi olub.
Qeyd edək ki, son dövrlər təhlükəli tendensiya yaranıb. Əlilliyi və pensiyası kəsilənlər həkimlərə hücum edirlər. Bundan öncə də bir həkim döyülmüşdü. Ancaq bu qərarların verilməsində həkimlərin rolu yoxdur. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev saxta əlilliyə qarşı mübarizə elan edib. Hazırda minlərlə vətəndaşın saxta pensiyası aşkarlanır. Eyni zamanda pensiya təyinatında yaranmış bürokratik əngəllər, vətəndaşların narazı salınması ciddi gərginliyə səbəb olub.//TİA.Az