kanal14.az
kanal14.az

Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başa çatır

Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başa çatır
5-07-2021, 11:24 70 dəfə baxılıb

Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başa çatır

Kanal14.az: - Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma bu gün saat 23:59-dək davam edəcək

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumat görə, 5 iyul saat 10:50-yə olan məlumata əsasən, 12781 bakalavr (Azərbaycan bölməsi üzrə 11684, rus bölməsi üzrə 1097) öz ərizəsini təsdiq edib.

1150 bakalavr isə ixtisaslaşma seçimini yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib.

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ proqram və ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız 5 iyul saat 23.59-dək  "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA