Gündəm / Hadisə

Tovuzda qəza - Ölən və yaralanan var

Tovuzda qəza - Ölən və yaralanan var

 

 

Bakı-Qazax magistralının Tovuz rayonundan keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Kanal14.az  "Qafqazinfo" ya istinadən xəbər verir ki, 1979-ci il təvəllüdlü Namiq Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil əks zolağa çıxan "Ford Transit" markalı yük maşını ilə toqquşub. Nəticədə Namiq Məmmədov hadisə yerində ölüb, "Ford"un sürücüsü, 1981-ci il təvəllüdlü Emin Hüseynov Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.