kanal14.az
kanal14.az

Toylara tətbiq olunan QAYDALAR: - "Bu, rüşvətxorluğun artmasına səbəb olacaq"

Toylara tətbiq olunan QAYDALAR: -
30-06-2021, 15:35 83 dəfə baxılıb

Toylara tətbiq olunan QAYDALAR: - "Bu, rüşvətxorluğun artmasına səbəb olacaq"

 

 
Kanal14.az: - "Toylarla bağlı qəbul olunan qaydalar rüşvətxorluğun artmasına səbəb olacaq”.

Bunu açıqlamasında sabahdan etibarən keçirilməsinə icazə veriləcək toy mərasimlərinə tətbiq olunan COVID-19 pasportu tələbi, qonaq sayının 150 nəfəri keçməməsi ilə bağlı qadağaların yaratdığı narazılığa münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu deyib.

Sosioloq bildirib ki, toyların keçirilməsi ilə bağlı qəbul olunan qaydaların təkminləşdirilməsinə ehtiyac var:

"Sabahdan etibarən toylarda tətbiq olunacaq qaydalara nəzarət etmək çox çətin olacaq. Eyni zamanda bu cür yarımçıq qəbul olunan qaydalar rüşvət hallarının artmasına imkan yaradacaq. Çünki toy zamanı yoxlamaya gələn aiddiyyatı qurumun əməkdaşının cərimə yazmaması üçün ona müxtəlif təkliflər irəli sürülə bilər. Bununla yanaşı, müəyyən xəstəliyinə görə vaksin vurdura bilməyən şəxslərin toyda iştirakına məhdudiyyət qoyulması doğru yanaşma deyil.

Digər maraqlı məqam restoran adminstratorlarının tətbiq olunacaq cərimələr və qadağalarla bağlı toy sahiblərini arxayın salmasıdır. Belə ki, əksər restoran rəhbərliyi ümumi qonaq sayının 150 nəfərdən çox olması və ya COVİD-19 pasportu olmayan şəxslərin toyda rahat iştirak edə biləcəyinə dair məsuliyyəti öz üzərlərinə götürürlər. Belə çıxır ki, restoran rəhbərliyi qaydaları istədiyi vaxt poza biləcək. Bu kimi halların qarşısını almaq üçün toylarla bağlı qoyulan məhdudiyyətlərn dəyişdirilməsi zəruridir”.

Cərimələrin tətbiqinin dövlət büdcəsinə mümkün təsirlərinə də toxunan Əhməd Qəşəmoğlu bildirib ki, büdcədəki kəsiri aşağı məbləğli cərimələr hesabına bərpa etmək real görünmür:

"Toy cərimələrindən yığılan vəsaitin dövlət büdcəsindəki kəsirlərə əhəmiyyətli təsiri yoxdur. Bu cür informasiyaların arxasında dəqiq məlumat dayanmır”.//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA