Gündəm / Cəmiyyət / Sosial

Vüqar İsayevin özbaşınalığı nə vaxta kimi davam edəcək?

Vüqar İsayevin özbaşınalığı nə vaxta kimi davam edəcək?

Kanal14.az: - Bildiyimiz kimi, Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun işləri üzrə proseslər (ayrı-ayrı icraatda) davam etməkdədir. Müşahidələr göstərir ki, təqsirləndirilən şəxslərin əlbir işlədikləri şəxslərin dairəsi hələ tam müəyyənləşməyib.
Məsələn, götürək elə Zakir Sultanovun sadiq kadrlarından olan Vüqar İsayevi. Adam 2014-2018-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin Abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri vəzifəsində çalışmışdır. 1 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət nazirinin əmri ilə Qobustan Milli-Tarix-Bədii qoruğunun direktoru vəzifəsinə təyin olunmuşdur.
İndi məlum olur ki, İsayev sektor müdiri işlədiyi dövrdə abidələrin qorunması və onlara texniki nəzarət vəzifəsinin öhdəsindən gələ bilməyib. Bu, elə bir sahədir ki, bir çox hallarda nəzarət edə bilməməklə, bilərəkdən göz yummağın sərhəddi şəffaf olur. Məmur bilərəkdən göz yummaqda şəxsi maraqlarını təmin edən fayda da görə bilər, yaxud, bütün vaxtını, enerjisini birbaşa vəzifəsini yerinə yetirməyə deyil, səlahiyyətlərindən sui-istifadəyə sərf edə bilər. Belə neqativ hallar adətən total korrupsiyanın hökm sürdüyü şəraitdə baş verir. Yəni, korrupsiya çirkabına bulaşmış məmur onun sərəncamına verilən (bizim misalda mədəni abidələrin qorunmasına ayrılan) vəsaitləri təyinatı üzrə səmərəli xərcləmək əvəzinə, həmin vəsaiti kağız üzərində keçirilən tender və kotirovka sövdələşmələri ilə silib mənimsəməklə, özündən yuxarı rəhbərliklə bölüşməklə işini bitmiş hesab edir, fikirləşir ki, "yuxarının” payını vaxtlı-vaxtında verirsə, vəssalam, ona zaval yoxdur.Vüqar İsayev Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan bütün qurumlara ayrılmış dövlət vəsaitinin hamısından tam xəbərdar olub.Görünür şəxsi maraqlarına görə dövlət vəsaitin mənimsənilməsində onun da payı var.Əslində Vüqar İsayev,Zakir Sultanovla bərabər məhsuliyyət daşımalıdır və hüquq mühafizə orqanlarının qarşısında cavab verməlidir.
Mediatv.az-ın redaksiyasına Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən, tarixi abidə sayılan "Üç qəbir” haqqında çox ciddi məlumatlar daxil olub. "Qılcalı” antik dövr nektorlu (inventar 4) Cəfərxanlı kəndində yerləşən. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə arxeoloji abidə kimi qeydiyyata götürülmüşdür. Amma çox təəssüflər olsun ki, bu tarixi abidənin inkişafı, bərpası, tanıdılması, insanların ziyarətinin təşkili və ən əsası ərazisinin müəyyənləşdirilməsi üçün heç bir hüquqi addım atılmayıb. Redaksiyamıza daxil olan məlumata görə, həmin əraziyə 2006-cı ildə qeyri-qanuni olaraq Cəfərxanlı kənd sakini Paşayev Əhmədağa adlı şəxsin adına zəbt olunmuş torpaq kimi çıxarış sənədi verilib. Qəribədir ki, hansısa səbəbdən Vüqar İsayev bu boyda faktı görməyib, zəbtkarı və ona çıxarış verən orqanı məhkəməyə verməyib. Belə olan halda onun hazırki vəzifəsində də özünü korluğa vurmayacağına, məsələn, Qavaldaşın hansısa nağaraçı diletant tərəfindən özəlləşdirilməsinə göz yummayacağına zəmanət yoxdur desək, yanılmarıq.
Mediatv.az bildirir ki Mədəniyyət naziri Anar Kərimova ünvanladığımız 03 may 2021-ci il tarixli, 10/211 nömrəli məktubla adresatdan Cəfərxanlı kəndi ilə bağlı həmin məlumatın araşdırılmasını, faktla bağlı lazımi tədbir görülməsini və nəticə barədə redaksiyamızın məlumatlandırılmasını xahiş etdik. Yenə də çox təəssüf ki, üstündən ay yarımdan artıq vaxt keçməsinə baxmayaraq, Nazirliyin cavabı ləngiyir. Əgər Nazirlik bizə heç olmasa "cavab xatirinə cavab” məktubu göndərdəydi, məsələn, bildirsəydi ki, hazırda işğaldan azad edilmiş Qarabağda, lap elə "Azərbaycanın mədəniyyət paytaxtı” Şuşada mədəni abidələrin bərpası işləri önə çıxıb, belə bir cavabı tam qənaətbəxş hesab etməsək də, hardasa razılaşardıq. Amma yox, məktubumnuza tam etinasızlıq göstərildi. Belə olan halda ilk ağıla gələn versiya budur: Yəqin, təzə nazir Anar Kərimova da Vüqar İsayev kimi "bir gözü yumulu” kadrlarla işləmək sərf edir. Hərçənd, başqa səbəblərin də ola biləcəyi istisna deyildir.
Mövzuya qayıdacağıq.//Mediatv.az