Gündəm / İdman

"Beşiktaş"ın baş məşqçisi məlum oldu

"Beşiktaş"ın baş məşqçisi məlum oldu

 

 

Kanal14.az: - Sərgən Yalçınla razılıq əldə olunub.

"Beşiktaş" rəhbərliyi baş məşqçi ilə 1 illik müqavilə imzalayıb. Sərgən Yalçına ilk etapda illik 10 milyon TL təklif olunubsa da, razılaşma öncəsi bu rəqəm 25 milyona qalxıb.

Türkiyəli həmkarlarımızın iddiasına görə baş məşqçi 30 milyon TL istəsə də, klub idarəçilərindən çalışdırıcıya yaxın sayılan şəxslər məbləği azaltmağa nail olub. İddia olunur ki, 48 yaşlı mütəxəssilə anlaşma əldə olunsa da, yönətimlə məşqçi arasında "buz"lar əriməyib. 

Baş məşqçinin inciklik səbəbi isə müqavilə şərtlərinin müzakirəsi başlamadan bir neçə yerli çalışdırıcıya klub tərəfindən təkliflərin göndərilməsi olub.