kanal14.az
kanal14.az

Ağcabədidə fərdi yaşayış evlərinin həyətyanı sahələrinə yağış suları dolub - VİDEO

Ağcabədidə fərdi yaşayış evlərinin həyətyanı sahələrinə yağış suları dolub - VİDEO
1-06-2021, 15:52 68 dəfə baxılıb

Ağcabədidə fərdi yaşayış evlərinin həyətyanı sahələrinə yağış suları dolub
Bir neçə gün davam etmiş qeyri-sabit hava şəraiti və aramsız yağmış yağış səbəbindən Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinə yağış sularının dolması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə müraciət daxil olub.

Bu barədə "Report”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Müraciət əsasında Nazirliyin Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində həyətyanı sahələrə dolmuş yağış sularının çəkilərək kənarlaşdırılması təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA