kanal14.az
kanal14.az

Peyvəndə gələnlər bu çətinliklə qarşılaşır - VİDEO

Peyvəndə gələnlər bu çətinliklə qarşılaşır - VİDEO
1-06-2021, 15:00 63 dəfə baxılıb

Peyvəndə gələnlər bu çətinliklə qarşılaşır - VİDEO
 
Koronavirus əleyhinə vaksinasiya üçün müraciət etmiş vətəndaşlar arasında yaşanan sıxlıqla bağlı videogörüntülər yayılmaqda davam edir. 
"Qafqazinfo”ya daxil olan görüntülərdə növbəti belə halın paytaxtın Nizami rayonunda fəaliyyət göstərən 26 saylı poliklinikada baş verdiyi məlum olub. Vətəndaşlar iddia edir ki, poliklinikada onlarla vətəndaşa yalnız bir tibb bacısı xidmət edir. Bununla da karantin qaydaları pozulur, sosial məsafə tələbinə riayət edilmir. 
Jurnalist Aynur Elgünəş də qarşılaşdığı bənzər mənzərə ilə bağlı sosial şəbəkələrdə paylaşım edib. O video paylaşaraq qeyd edib ki, görüntülər Nərimanov rayonu, 8 saylı poliklinikada lentə alınıb. Bildirib ki, peyvənd üçün onlayn növbə götürmək sistemi düzgün işləmir: "Hamı iş-güc adamıdır, yalandan vaxt təyin edirsiz, gəlib növbəyə düşmək olmur. Saat 10-11 arasına vaxtım var, hələ 9-da gələnin növbəsi çatmayıb".

Xatırladaq ki, mayın 27-si 1 saylı Kliniki Tibbi Mərkəzin qarşısında peyvənd olunmaq üçün gələn şəxslərin izdiham yaratması ilə bağlı görüntülər yayılmışdı. 
Qeyd edək ki, paytaxtda vaksinasiya prosesində yaşanan sıxlıqlara Səhiyyə Nazirliyi əvvəllər də münasibət bildirib. Hazırda da nazirliyin bununla bağlı mövqeyi dəyişməz qalır. Bildirilir ki, Operativ Qərargahın sonuncu brifinqindən sonra məntəqələrə gələn vətəndaşların sayı dəfələrlə artıb. Problemlərdən biri də odur ki, məntəqələrə müraciət edənlərin 90 faizi qeydiyyatdan keçmədən gəlir:
"Onların qeydiyyata alınması müəyyən vaxt alır. Bu da onlayn qeydiyyatdan keçən vətəndaşların narazılığına səbəb olur, çünki canlı növbədə olanlar onlayn qeydiyyatdan keçən vətəndaşların poliklinikaya daxil olmasına etiraz edirlər. Bilirsiniz ki, poliklinikalarda xüsusi mühafizə xidməti yoxdur, işləyən həkimlərin də əksəriyyəti qadındır, bu səbəbdən növbəni tənzimləməkdə problemlər yaranır. Vətəndaşlarımızdan məntəqələrə gələrkən məsafəyə və növbəyə riayət etmələrini xahiş edirik. Sıxlıq yaradılanda həkimlərin də işində problem yaranır”.
Poliklinikalarda tibb bacılarının sayının artırılması məsələsinə isə nazirlikdən reaksiya verilməyib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA