kanal14.az
kanal14.az

"Təcrübəli həkimlərin dövlət xəstəxanalarından qaçaq salınması gələcəkdə öz nəticələrini göstərəcək" - SOS!!!

31-05-2021, 10:44 65 dəfə baxılıb


Kanal14.az: - Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının koronaviruslu xəstələrlə işləyən həkimləri 1 ildir maaşa əlavələri ala bilmədiklərini deyirlər.

Bu barədə Meydan TV-yə stansiyanın adlarının açıqlanmasını istəməyən həkimləri bildiriblər. Onların sözlərinə görə, il ərzində şikayət etmədikləri qurum qalmayıb, lakin reaksiya verən olmayıb: "Əvvəlcə gözləməyi məsləhət bildilər, sonra isə dedilər ki, kim istəmirsə, ərizə yazaraq öz xahişi ilə işdən çıxa bilər. Bakıdan fərqli olaraq Mingəçevirdə həkim üçün seçim imkanı məhduddur. Nəzərə almırlar ki, biz həyatımızı təhlükəyə atırıq”,-həkimlərdən biri söyləyib.

Həkimlər bildiriblər ki, Bakıda təcili yardım həkimlərinin etirazlarından https://www.meydan.tv/az/article/tecili-yardimin-hekimleri-etiraz-edib-isi-bir-nece-saat-dayandirdi/?ref=search sonra onların da əlavələrinin ödəniləcəyinə ümid yaranıb. Lakin gün keçdikcə, əlavələri ala bilməyəcəklərini anlayıblar.

Mingəçevir Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından suallara cavab vermək istəməyiblər.

Bakıdakı xəstəxanalarda çalışan həkimlərin də sonuncu dəfə yanvarda ötən ilin dekabr ayı üçün əlavələr aldıqları bildirilir. Kliniki Tibbi Mərkəzin (Semaşko) adının açıqlanmasını istəməyən həkimi bildirib ki, Novruz Bayramından sonra əlavələrin köçürüləcəyi vəd olunub. Lakin sonradan vaxt uzanıb, yaxın vaxtlarda ödəmə olacağını da gözləmirlər: "Tibbi Klinik Mərkəzin həkimlərinin yarıdan çoxu iki-üç özəl klinika ilə əməkdaşlıq edir. Koronaviruslu xəstələr gətirilir, əvvəlki kimi işləyirik. Qalan günləri özəl klinikalarda xəstə qəbul edirik. Bəzən günün 12 saatını işdə oluruq, çünki dövlətin verdiyi 450-500 manat maaşla dolanmaq mümkün deyil”.

Həkim bildirib ki, səhiyyə sahəsində ciddi narazılıqlar baş qaldırıb.

"Həm koronaviruslu xəstələrin müalicəsində, həm Qarabağ müharibəsində yaralıların müalicəsində yaxından iştirak edən həkimlər hörmətdən salınır. Bir qədər tanınmışlar özəl klinikalara üz tutub. Eyni zamanda üç klinika ilə işləməklə öz səhhətimizə zərər vururuq. Nəzərə almırlar ki, həkimlər onsuz da stresli işdə çalışırlar. Təcrübəli həkimlərin dövlət xəstəxanalarından qaçaq salınması gələcəkdə öz nəticələrini göstərəcək”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Meydan TV-nin yazılı sorğusunu cavablandırmayıb. Baxmayaraq ki, agentlikdən sualların yazılı şəkildə təqdim olunması istənilirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA