Gündəm / Mədəniyyət

Azərbaycanlı bəstəkarın əsəri Amerikada ifa olundu

Azərbaycanlı bəstəkarın əsəri Amerikada ifa olundu

Azərbaycanlı bəstəkar Tamilla Əhədovanın dahi Azərbaycan şairi Nəsiminin sözlərinə yazdığı "Sənsiz” romansı Amerikada , Bostonda ifa edilib.Əsər Bostonda "Juventas Music Ensemble”nin keçirdiyi müsabiqədə 300 əsər arasından qalib olaraq seçilib.22 may tarixində keçirilən Gala Konsertdə ansamblın ifaçıları Soprano – Kelley Hollis , Pianoda – Julia Scott Carey tərəfindən uğurla ifa edilib.İfaçıların professional ifası və romansın melodik gözəlliyi bütün tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və konsert proqramında ən seçilən əsərlərdən olub.
Nəsiminin fəlsəfi fikirləri ilə musiqinin vəhdəti özünəməxsus şəkildə dəyərləndirilib.Xatırladaq ki , bu romans daha öncə Amerika , Nyu Yorkda Nəsimi ili çərçivəsində keçirilən konsertlərdə də ifa olunmuşdur.
Həmçinin nəzərinizə çatdıraq ki , Tamilla Əhədova Azərbaycan bəstəkarlıq məktəbinin ən istedadlı nümayəndələrindəndir.Daima əsərləri həm Azərbaycanın mötəbər konsert salonlarında , həm də xarici ölkələrdə səsləndirilir , müxtəlif beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülmüşdür.

Azərbaycandan çox uzaqda milli bəstəkarımızın əsərinin səsləndirilməsi və yüksək qiymətləndirilməsi bizim mədəniyyətimizin uğurudur!Bəstəkara gələcək işlərində də böyük uğurlar arzu edir , daim Azərbaycan musiqisini dünyanın müxtəlif nöqtələrində layiqincə təmsil etməsini arzu edirik!