Gündəm / Sosial / Səhiyyə

Koronavirusla mübarizə edən həkim maaş azlığından şikayətləndi: - “Cənab Prezident, bu bədbəxt həkimlərin ümidi sizədir”

Koronavirusla mübarizə edən həkim maaş azlığından şikayətləndi:
Koronaviruslu xəstələr üçün yaradılan "Yeni Klinika”ın anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Kəmalə Namazova aldığı maaşdan narazılıq edib.

Kanal14.az Cebhe.info-ya istinadən  xəbər verir ki, bu barədə o, "Facebook”da yazıb.

O, TƏBİB və Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edib:

"Mən işlədiyim klinikada hər gün saysız-hesabsız xəstələrlə işləyirik. Mən 430 manat maaş alıram (böyük elmi işçi+ tibb üzrə fəlsəfə doktoru+dosent). 1 övladım BDU-da oxuyur (pulluda), 1-i də instituta hazirlaşır.

Mənə maraqlıdır, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, siz də mən alan qədər maaş alırsız? Mən və mənim kimi həkimlər məcburiyyətdən iki və daha çox klinikalarda işləyir. Bəlkə də ayda 10 gecə öz evində yatır ya yox.

Xahiş edirəm, bütün həkimlər, zatən iki cəbhədə canımızı qoysaq da nə xalqın, nə də müvafiq qurumların məhəbbət və hörmətini görmədik.

Dövlət rəhbərliyinə müraciət edək. Bizə yaşayışımızı təmin etmək üçün normal maaş verilsin. Buradan Rəşad Mahmudova (Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat, Operativ Qərargahın təmsilçisi -red.) səslənirəm. Buradan ölkə rəhbəri, cənab Prezidentimiz İlham Əliyevdən xahiş edirəm, bu bədbəxt həkimlərin ümidi sizədir”.