kanal14.az
kanal14.az

Yaponiya əcnəbilərin Hindistan, Nepal və Pakistandan ölkəyə girişini qadağan edib

Yaponiya əcnəbilərin Hindistan, Nepal və Pakistandan ölkəyə girişini qadağan edib
12-05-2021, 17:48 85 dəfə baxılıb

Yaponiya əcnəbilərin Hindistan, Nepal və Pakistandan ölkəyə girişini qadağan edib 
Yaponiya hökuməti bölgədə koronavirusun sürətlə yayılması ilə əlaqədar olaraq Hindistan, Nepal  Pakistandan əcnəbilərin, o cümlədən uzunmüddətli viza sahiblərinin ölkəyə girişini tamamilə qadağan etmək qərarına gəlib.

Kanal14.az   "Report"a istinadən xəbər verir ki, bu barədə "Kyodo” agentliyi məlumat yayıb.

Qadağa Yaponiyaya getməzdən əvvəl 2 həftə ərzində qeyd olunan ölkələrdən birini ziyarət etmiş əcnəbiləri əhatə edəcək.

Müvafiq qərar mayın 14-də qüvvəyə minə bilər.

Aprelin sonundan etibarən Hindistanda koronavirusa yoluxma hallarında güclü artım olub.

Ötən gün ərzində Hindistanda 348 421 yeni yoluxma faktı qeydə alınıb, pandemiya dövründə yoluxanların ümumi sayı 23 340 938-ə çatıb.

Hindistanda ötən sutka ərzində koronavirusdan 4 205 nəfər həyatını itirib. Ölənlərin ümumi sayı 254 197-yə yüksəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA