kanal14.az
kanal14.az

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Dövlət Əmək Müfəttişliyi və Hesablama Palatası Azərbaycan Dövlət Televiziyasında (AzTV) yoxlamalara başlayıb.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Dövlət Əmək Müfəttişliyi və Hesablama Palatası Azərbaycan Dövlət Televiziyasında (AzTV) yoxlamalara başlayıb.
8-05-2021, 04:30 250 dəfə baxılıb

 

Kanal14.az: - Bu miqyasda yoxlamalar adətən həbslərlə nəticələnir. Belə də olmalıdır.

AzTV sədri Rövşən Məmmədov və yaxın ətrafının ildırımsürətilə varlanması, özünün, ailə üzvlərinin, onların dostlarının televiziyada sərhədsiz monopoliyası, qanunsuz əməlləri haqqında dəhşətli faktlar var.
R.Məmmədovun yaxını, AzTV-nin Baş prodüserri Nazilə Babayeva 8 min manat maaş alır.
Eləcə də televiziyanın Bəddi rəhbəri Ranar Musayev və Sərvər Bayramov...
Məsələ bundadır ki, məişət, şou, al-ver sahəsindən dövlət kanalına zənbillə düşən bu şəxlər fantastik məbləğdə maaş alsalar da, televiziyanın peşəkar əməldaşlarına 250-500 manat maaş verirlər.
Televiziyada bərbər, idman zalı, çay evi açıblar və bütün bunları R.Məmmədova, onun ailə üzvlərinə, R.Musayevə məxsusdur. İşçiləri də məcbur edirlər ki, xidmətlərdən yalnız burada istifadə etsinlər.
R.Məmmədov başda olmaqla, bu şəxslər qısa müddətdə Bakıda villalara, yeni tikilən göydələnlərdə bahalı mənzillərə sahibləniblər.
AzTV-nin Kadrlar şöbəsinin müdiri İlhamə Hüseynova R.Məmmədovun həyat yoldaşı Ramilə Məmmədovanın rəfiqəsidir. Dövlət televiziyası rəsmən ailə şirkətinə çevrilib.
Əldə etdiyim məlumata görə, AzTV-də o qədər böyük saxtakarlıqlar həyata keçirilir ki, hazırda orada yoxlama aparan təşkilatlar xeyli miqdarda sənədləri maşınlara yükləyib ekspertizaya aparıblar.
P.S. Ardını daha detallı şəkilə işıqlandıracam.// Teref.az
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA