kanal14.az
kanal14.az

Tovuzun “yezid”i Darvin Hüseynov əhalini su ilə imtahana çəkir- ŞƏHİDLƏRİMİZƏ HÖRMƏTSİZLİK EDƏN 8 saylı Tovuz Regional Sukanal İdarəsinin rəisi sudan milyonlar qazanır...

Tovuzun “yezid”i Darvin Hüseynov əhalini su ilə imtahana çəkir- ŞƏHİDLƏRİMİZƏ HÖRMƏTSİZLİK EDƏN 8 saylı Tovuz Regional Sukanal İdarəsinin rəisi sudan milyonlar qazanır...
10-05-2021, 18:59 199 dəfə baxılıb

 Darvin  bütün problemləri suyun "davleniya”sında görür
"Azərsu” ASC-nin əhali üçün yaratdığı problemlər bitib-tükənmək  bilmir. Bu quruma kimlər gəldi, kimlər getdi, amma əhalinin su problemi həll olunmaq bilmir. Nəinki ucqar rayonlarda, hətta paytaxt Bakının özündə əhali normal içməli su ilə təmin olunmur, kanalizasiyalar su ilə dolub partlayır. 
Təsəvvür edirsiniz, XXI əsrdə  hələ də Bakı şəhərində  tutulmuş kanalizasiya xətlərinin  məftillə qurdalayıb-eşələyib açırlar. Bunu əcnəbilər görsə, nə düşünər. Bəs dövlətin bu quruma ayırdığı milyonlar, milyardlar hara gedir ? 
" Azərsu”  ASC-nin  "qədim, təcrübəli  kadr”larından biri də 8 saylı Tovuz Regional Sukanal İdarəsinin rəisi Darvin Hüseynovdur. 
Bəli, Darvinin həyatı "Azərsu”da keçib. Uzun illər Sumqayıt Sukanal  İdarəsinin rəisi olub. Ona görə deyirik ki, "qədim-təcrübəli kadr”. 
Ancaq Darvin müəllimin çoxillik təcrübəsi müsbət deyil, əksinə mənfidir. Bu adam Sumqayıtda  sudan və kanalizasiyadan milyonlar qazanıb. Sonda vəzifədən qovulmaq ərəfəsində hansısa sehrli əl onu Tovuza göndərib. 
Darvin Hüseynov  Tovuza gələn kimi  bacısının həyat yoldaşı Mehman Həsənovu Regional Sukanal İdarəsində texniki şöbəyə rəis təyin edir. Mehman Həsənovun kürəkəni Rəsul adlı şəxsi sürücü ştatına işə götürür və bu şəxsin əmisi oğlu Elşən Bayramquliyevi,  bacısı oğlu Cavid Əmiraslanovu və bacısı nəvəsi Lalə İsmayılovanı da digər vəzifələrə  təyin edir. Darvin Hüseynov özünə müəyyən yollarla bağlı olan İdris Qasımovu da, Sukanal İdarəsində əməyin təşkili şöbəsində mühəndis vəzifəsinə təyin edir. 
Hətta deyilənə görə, Arif İsayev adlı şəxsdən 1000 manat, Ülviyyə İsayeva adlı xanımdan isə 2 min manat alır və hər iki şəxsi işlə təmin edir. Darvin Hüseynov Oruc Orucov və Həmid Orucov adlı şəxslərin hər birindən 2 min manat "haqq-hesab” aldıqdan sonra, hər iki şəxsi idarədə ştat cədvəli üzrə işə götürür. Hər kəs bu iki şəxsin atabala olduqlarını da qeyd edirlər. Başqa bir iddiada o da vurğulanır ki, Darvin müəllim  Emin Valehli adlı şəxsdən 3 min "cibxərcliyi” alır və onu idarənin informatika şöbəsində işə düzəldir. Buna baxmayaraq, nədənsə kollektiv üzvlərinə bəlli olmayan səbəblərdən belə bir təyinat uzun müddət müzakirə mövzusuna çevrilir. Yəni bu təyinat camaat arasında nəsə başqa cürə dolaşır. 
Darvin Hüseynov  rayonda çəkilən su-kanalizasiya turbalarını bilərəkdən başdansovdu edir ki,  partlasın  və həmin xətlərin təmirinə yenidən pullar ayrılsın. 
Darvin Hüseynov yeni tikilən  fərdi  evlərə su və kanalizasiya üçün verilən texniki şərtin qiymətini dəfələrlə qaldırıb və heç kimə qəbz-filan verilmir. Bütün pullar Darvinin cibinə gedir.  
Tovuzdan vətəndaş yazır ki, həyat yoldaşım və özüm şəkər xəstəsiyik, evimizdə 2 körpə uşaq var: "Darvin bizim ailəni su ilə imtahana çəkir. Soruşanda deyir ki, mən neyləyim suyun təzyiqi aşağıdır, sizin məhləyə qalxmır”. 
Eyy, Darvin Hüseynov!

 Su çox həssas məsələdir, dünyada su qiyamları olub, unutma, və əhalini  dövlətdən narazı salma. 
Vallahi, Darvin, sənin  "Davleniya”  elə qaldırarlar ki, divara dırmaşarsan. Aç, qulağını, eşit! Dövlət qurumları sənin əməllərini görürür və bir gün səni "ağzıbağlı”dakı dostlarının yanına aparacaqlar. Bizdən demək...


Və sonda onu əlavə edirik ki, Tovuz rayonunun Düz  Cırdaxan kəndindəki Rəfail İsmayılov adına tam orta məktəbin su məsələsini  Darvin Hüseynov neçə vaxtdır həll etmir. 
Hətta qazilər  Tovuz rayonundan olan şəhidin adına su çəkmək istəyirlər. Amma suyun çəkilməsində Darvin Hüseynov ondan asılı olanı etmir. Bu adam anlamır ki, şəhid olanlarımız öz ailəri üçün deyil, cəmiyyətimiz və millətimiz üçün şəhid olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA