Gündəm / Mədəniyyət

"Mədəniyyət Nazirliyindən hələ də xəbər yoxdur" - Cənazəsi həyətdə QALIB


Xəbər verdiyimiz kimi, xalq artisti Arif Quliyev koronavirusdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Lakin sənətkarın dəfn ediləcəyi yer hələ də müəyyənləşdirilməyib.

Bununla bağlı Unikal.org-a Xalq artistinin yaxın qohumu məlumat verib.

Bildirilib ki, xalq artistinin meyiti həyətdədir: "Hələ də Arif Quliyevn dəfn ediləcəyi yer müəyyənləşə bilmir. Meyit evin həyətində qalıb. Mədəniyyət Nazirliyindən Xalq artistinin harada dəfn ediləcəyi ilə bağlı xəbər gözləyirik. Hələ də onlardan xəbər yoxdur".