Gündəm / Siyasət

NRYTN mənfəətdən zərərə keçib

NRYTN mənfəətdən zərərə keçib
Ötən il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) 65 mln 598 min 135,31 manat gəlir əldə edib ki, bu da 2019-cu illə müqayisədə 874 min 151,08 manat yaxud 1,35 % çoxdur.

"Report” Nazirliyin maliyyə hesabatına istinadən xəbər verir ki, NRYTN-nin qeyri-birja əməliyyatlarından gəliri də artıb.

Belə ki, adıçəkilən əməliyyat üzrə gəlirləri 61 mln 361 min 241,31 manat (6,82 % çox), birja əməliyyatlarından gəliri isə 4 mln 236 min 894 manat (33,72 % az) təşkil edib.

Nazirlik 2020-ci ildə sair əməliyyatlardan gəlir əldə etməsə də 2019-cu ildə bu rəqəm 886 min 933,67 manat olub.

Hesabata əassən, NRYTN-nin xərcləri ötən il 1 mln 751 min 090,55 manat yaxud 2,74 % artaraq 65 mln 685 min 262,49 manata çatıb.

Adıçəkilən qurumun əməkhaqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 5 mln 691 min 257,22 manat (22,69 % çox), maliyyə yardımları və sair transfer xərcləri 59 mln 440 min 123,74 manat (1,63 % çox), sərf edilmiş materialların dəyəri 72 min 792,34 manat (16,04 % çox), amortizasiya xərcləri 104 min 877,72 manat (5,36 % az) və sair əməliyyat xərcləri isə 376 min 211,47 manat (40,88 % az) təşkil edib.

Nazirliyin ötən il üzrə zərəri 87 min 127,18 manat təşkil edib. Halbuki qurum 2019-c ili 789 min 812,29 manat mənfəətlə başa vurmuşdu.