Gündəm / Şou / Hadisə

Yaşar Nurinin oğurlanmış əşyaları tapılıb? - Xanımından açıqlama

Yaşar Nurinin oğurlanmış əşyaları tapılıb?
Kanal14.az:- Xəbər verdiyimiz kimi mərhum Xalq artisti Yaşar Nurinin şəxsi əşyaları bir neçə ay öncə oğurlanıb.

Bir müddət əvvəl polisin laqeyd münasibətindən gileylənən aktyorun xanımı Yenisabah.az-a danışaraq məsələyə baxıldığını qeyd edib:

"Şikayətlərimin nəticəsi oldu. Məni çağırdılar, bildirdilər ki, qeydiyyata alınmışam. İndi işi tezləşdiriblər. Yəqin ki, oğrular tezliklə tapılacaq. Bəlkə də artıq tapılıb. Bu günə, sabaha bilinər”.

Xatırladaq ki, hadisə mart ayının əvvəli mərhumun Novxanıda yerləşən bağ evində qeydə alınıb. Məlumata görə, bağ evinin bir otağında yaradılmış Ev Muzeyindən Xalq artistinə məxsus eynək, mobil telefon və s. əşyalar oğurlanıb.