kanal14.az
kanal14.az

Fuad Xudayara görə bu cür cəzalandırılsın - Professordan TƏKLİF

Fuad Xudayara görə bu cür cəzalandırılsın - Professordan TƏKLİF
1-05-2021, 18:54 80 dəfə baxılıb

Fuad Xudayara görə bu cür cəzalandırılsın
Şəhid Xudayar Yusifzadənin ünvanına işlətdiyi aşağılayıcı ifadə ilə gündəmə gələn və hər kəsin qınaq obyektinə çevrilən Fuad Rəsulzadə adlı gəncin məhkəməyə cəlb edilməsi vacibdir.
 Milli.az  xəbər verir ki, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Xudayar Yusifzadənin anasının o gənci məhkəməyə verməsi gərəkdiyini bildirib.

Onun sözlərinə görə, Yusifzadə ailəsini tanıyan vəkillər şəhidimizin anasından etibarnamə alaraq, özləri məhkəməyə müraciət edə bilərlər:

"Fuad Rəsulzadəyə qarşı mülki qaydada mənəvi zərərin ödənməsi ilə bağlı iddia qaldırılsa, məhkəmə mütləq iddianı təmin edəcək. Mənəvi zərər kimi 10 min manat təzminatın təmin ediləcəyinə heç bir şübhə yoxdur. Bu, Fuad üçün ən yaxşı cəzalardan biri olar.

Düşünürəm ki, bu qəbildən addımlar gələcəkdə digər şəxsləri də şəhidlərimizə qarşı ehtiyatlı olmağa sövq edəcək".

Qeyd edək ki, F.Rəsulzadə sosial şəbəkələrdəki bu təhqiramiz statuslarına görə şəhidimizin doğmaları tərəfindən döyülüb. DİN isə döyülmə faktı ilə bağlı cinayət işi açıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA