kanal14.az
kanal14.az

Uqandalı yetim-yesirə su quyusu qazdıran, məscid tikdirən azərbaycanlılar... - AVROPDA YAŞAYIRLAR

Uqandalı yetim-yesirə su quyusu qazdıran, məscid tikdirən azərbaycanlılar... - AVROPDA YAŞAYIRLAR
1-05-2021, 16:26 77 dəfə baxılıb

Uqandalı yetim-yesirə su quyusu qazdıran, məscid tikdirən azərbaycanlılar...
Kanal14.az: - Avropada yaşayan Türkiyə və Azərbaycan vətəndaşları Afrika ölkəsi Uqandanın ucqar Kubula və Kamuli bölgələrində 3 məscid tikib, 3 su quyusu qazdırıb və yerli sakinlərin ixtiyarına verib. Bu xeyriyyəçilik fəaliyyətini həyata keçirənlərin adları göstərilmir, amma "Anadolu" agentliyi yazır ki, açılış mərasimlərində çoxsaylı uqandalılar onlara dualar ediblər.

Xeyriyyəçilik aksiyası mərkəzi Avropada olan və Türkiyə vətəndaşlarının qurduğu "Help” Yetim İnsani Yardım Təşkilatı tərəfindən həyata keçirilib. Aksiya çərçivəsində yüzlərlə uqandalıya ərzaq yardımları paylanıb, uşaqlara hədiyyələr verilib.

Uqandalı yetim-yesirə su quyusu qazdıran, məscid tikdirən azərbaycanlılar...

Uqandalı uşaqlar məscidin içərisində Quran oxuyublar, duaların ardınca məscidlər təkbir, dua, salavat və alqışların müşaiyəti ilə açılıb. "Help” Yetim Təşkilatınının başçısı Cahit Ataş deyib ki, məscidlər yerli əhalinin istifadəsinə verilib, açılan su quyuları isə içməli su sarıdan korluq çəkən sakinlər üçün həyat mənbəyi olacaq.

Uqandalı yetim-yesirə su quyusu qazdıran, məscid tikdirən azərbaycanlılar...

Cahit Ataş bildirib ki, Afrikanın ən yoxsul və yardıma ən çox möhtac olan ölkəsi Uqandada xeyriyyəçilik aksiyalarını genişləndirəcəklər. O, təşkilata ianə verənlərə minnətdarlıq edib. Uqandalıların ixtiyarına verilən məscidlərdə eyni vaxtda 250 nəfər ibadət edə biləcək, təşkilat daha 11 su quyusu qazmaq üçün işlərə başlayıb.

virtualaz.org






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA