Gündəm / Siyasət

Mübariz Əsgərov Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib - SƏRƏNCAM

Mübariz Əsgərov Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib
Kanal14.az  xəbər verir ki, Prezident İlham Əliyev M.A.Əsgərovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Mübariz Ağali oğlu Əsgərov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.