Gündəm / Siyasət

Şəmkirin keçmiş icra başçısının məhkəməsi keçirilir

Şəmkirin keçmiş icra başçısının məhkəməsi keçirilir
Alimpaşa Məmmədov

Səbail Rayon Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun məhkəməsi keçirilir.

Kanal14.az-ın  "Report”a istinadən  xəbərinə görə, məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxır.

Qeyd edək ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Prezident İlham Əliyevin sərəncamı ilə o, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.