Gündəm / Siyasət / Hadisə / Dünya

ABŞ gəmiləri İran gəmilərinə atəşi açıb

ABŞ gəmiləri İran gəmilərinə atəşi açıb


Kanal14.az: - ABŞ Hərbi-Dəniz Qüvvələrinin gəmiləri Fars körfəzində onlara yaxınlaşan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələrinin gəmilərinə xəbərdarlıq atəşi ediblər.

Üç gəmiyə bir neçə atəş açıldıqdan sonra təhlükəsiz məsafəyə çəkildiyi bildirilir.

Bu barədə Birləşmiş Ştatlar donanması məlumat yayıb.

Qeyd edilib ki, Amerika komandaları radio və səsgücləndiricilər vasitəsi ilə çox sayda xəbərdarlıq göndərsələr də, SEPAH-ın gəmiləri yaxın məsafədən manevr etməyə davam ediblər.

Məhz bu səbəbdən ardıcıl xəbərdarlıq atəşinin açıldığı söylənilir.//azerinfo.az