kanal14.az
kanal14.az

Bu il Ceyhan limanından 63 milyon bareldən çox BTC nefti yola salınıb

Bu il Ceyhan limanından 63 milyon bareldən çox BTC nefti yola salınıb
21-04-2021, 12:40 70 dəfə baxılıb

Bu il Ceyhan limanından 63 milyon bareldən çox BTC nefti yola salınıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

KANAL14.AZ: - Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti bu ilin əvvəlindən bu günə qədər Ceyhan terminalından 63,418 milyon barel xam neft nəql edib.

"Report” şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 87 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Ümumilikdə indiyə qədər limandan 3 mlrd 634 mln barel xam neft 4 746 tankerə yüklənib.

Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA