Gündəm / Sosial

"Doğru edib, belə bir park salıblar" - Rəşid Mahmudov


KANAL14.AZ: - "Ermənilərin övladları da Hərbi Qənimətlər Parkını görüb bilsinlər ki, biz onları məğlub etmişik. Bizimkilər düz edir, yaxşı edir! Ermənilər tarix boyu bizim millətə qarşı təhqiredici nə varsa, hər birini ediblər".

Bunu Pravda.az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov müzakirələrə səbəb olan Hərbi Qənimətlər Parkı barədə danışarkən deyib.

R.Mahmudov bildirib ki, dünya təcrübəsində də belə muzeylərə rast gəlmək mümkündür: "Doğru edib, belə bir park salıblar. Olmalıdır ki, bir də erməni bizlə müharibə etməsin, bizi düşmən saymasın. Əks halda, yenə bugünkü günə düşər. Hərbi Qənimətlər Parkı tarixdir, yüz illərlə, min illərlə qalmalıdır. Uşağ anadan olandan öyrədirlər ki, bizim düşmənimiz türkdür. Bəsdir daha!"