Gündəm / Siyasət

Leyla Abdullayeva Fransaya ləyaqət dərsi keçdi: - “Görünür, ləyaqət anlayışı fərqlidir”

Leyla Abdullayeva Fransaya ləyaqət dərsi keçdi:
Kanal14.az: - Azərbaycanda Hərbi Qənimətlər Parkının açılışı və 44 günlük müharibədə Ordumuzun qazandığı uğurların maddi sübutu kimi ələ keçirilmiş düşmən hərbi texnikalarının sərgilənməsi deyəsən təkcə Ermənistanı yox, digər dövlətləri sə narahat edir. Söhbət təkcə həmin hərbi texnikaların əsl sahibi Rusiyadan da getmir. Beynəlxalq arenalarda erməniləri ən çox müdafiə edən Fransa da bu məsələsə Rusiya və Ermənistan qədər narahatdır.

Xalqımız və dünya ictimaiyyəti bu narahatlığı ilk dəfə müharibənin gedişi zamanı gördü. Fransa prezdenti Emmanuel Makron Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını dayandırmaq üçün əlindən nə gəldisə etməyə çalışdı. Hətta ölkəmizin öz torpaqları uğrunda suverenlik haqlarının bərpası uğrunda girdiyi haqlı müharibəni BMT-nin TŞ-na qədər qaldırdı. Böyük Britaniyanın veto hüququndan istifadəsi sayəsində Azərbaycana qarşı sərt sanksiyaların qarşı alınsa da, belə görünür ki, Paris hələ də ermənilərin bu məğlubiyyətini həzm edə bilmir. Əli hər yerdən üzüldüyündən, indi də Ermənistandakı səfirliyi vasitəsilə Azərbaycana qarşı kin-küdurət yağdırmağa gücü çatır.

Ovqat.com-un məlumatına görə, Fransanın Ermənistandakı səfiri Azərbaycanda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı şərh verərək, "müharibə tamaşa predmeti olmamalıdır” deyib və diplomatik qanacağa sığmayan bəzi ifadələrdə bulunub.

Fransa səfirinə cavab isə özünü çox gözlətməyib. Səfirin fikirlərini şərh edən Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ona əməlli-başlı ləyaqət və diplomatiya dərsi keçib.

Xanım diplomatın sözlərindən belə çıxıb ki, Fransa hər hansı bir məsələ ilə bağlı fikir bildirmədən öncə aynaya baxsın, kimlərəsə tutduğu iradların onun özündə nə şəkildə həyata keçirildiyinə diqqət yetirməsin. Yəni öz gözündə tiri qoyub, başqa gözdə qıl axtarmasın.

"Tarix boyu çoxsaylı müharibələrdən keçən və bu müharibələrlə bağlı kompozisiyaları, səfirin dili ilə desək "tamaşaları” müxtəlif muzeylərdə sərgiləyən Fransa səfiri bizə düşməndən götürülən qənimətlərlə necə davranacağımızımı deyəcək?!” – deyə Leyla Abdullayeva soruşur.

XİN sözçüsünün fikrincə, Fransa səfirin Ermənistanın məğlubiyyətini "ləyaqətli məğlubiyyət” adlandırması da maraq doğurur: "Bəlkə, Fransa səfirinə görə, Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasəti də "ləyaqətli işğal” olub? Ləyaqətli davranan ölkə, birinci növbədə qonşu ölkənin ərazilərinə iddia ilə çıxış edib, bu ərazilərin bir hissəsini uzun illər işğal altında saxlamaz, bir milyon insanın hüququnu kobudcasına pozmaz, mülki şəxslər də daxil olmaqla, insanları məqsədli şəkildə qətlə yetirməz. Ləyaqətli ölkə, hərbi əməliyyatların dayandırılmasına razılıq verdikdən sonra digər ölkə ərazilərinə terrorçu qrupu göndərməz və mina xəritələrini gizlətməklə insan həyatına təhlükə törətməz. Görünür, Fransa səfirinin ləyaqət anlayışı fərqlidir.

Uzun illərdir ki, vasitəçi rolunda çıxış edən bir ölkənin rəsmi nümayəndəsinin verdiyi şərhlərə daha məsuliyyətlə yanaşması gərəkdir”.

Leyla xanımın fikirlərinə onu da əlavə edək ki, Azərbaycandan fərqli olaraq, öz muzeylərini hərbi qənimətlərlə qolduran Fransa həmin dəyərli əşyaları işğal etdiyi əraziləri talayaraq öz ölkəsinə daşıyıb. Bunun adı loru dildə quldurluq və oğurluqdur. Azərbaycanın Hərbi Qənimət Parkında sərgilədikləri isə işlək vəziyyətdə olduğu halda belə, heç bir işə yaramayan. rus silahları adlanan dəmir parçalarıdır. Əksəriyyəti isə ordumuz tərəfindən vurularaq sıradan çıxarılıb. Biz həmin maddi dəyəri olmayan dəmir tullantılarını torpaq bütünlüyümüz və milli ləyaqətimiz uğrunda müharibə qazandığımız qələbənin xatirələri kimi qoruyur və gələcək nəsillərimizə çatdırmağa çalışırıq. Fransa nə vaxt özünün dünyanı qana bulayan əzazil imperatoru Napolyon Bonapart tərəfindən əsası qoyulan və qanlı keçmişini simvolizə edən Zəfər Tağı abidəsini sökər, ondan sonra başqalarının işğala qarşı haqlı mübarizəsini müzakirəyə çıxarar.

Xatırlatmaq istərdik ki, Fransanın dünya ağalığı fikrini simgələyən həmin Zəfər Tağının inşası 1806-cı ildə Napolyon tərəfindən başladılmışdı. Napolyon həmin vaxt əsgərlərinə "Evimizə Zəfər Tağının altında geri dönəcəyik” vədi verərək, öz işğalçılıq siyasətini genişləndirmək fikrini səsləndirmişdi. 1810-cu ildə Napolyonun Rusiyaya hücum zamanı dayandırılan tikinti işləri bir də üzərindən 22 il keçdikdən sonra davam etdirilmişdi. Faktiki olaraq, Paris bu hərəkətilə öz haqsız və ədalətsiz müharibəsindən, dünya xalqlarının qanına susamasından vaz keçmədiyini göstərmişdi. Təsadüfi deyil ki, Napolyonun məğlubiyyətindən dərs çıxarmayan fransız "fazişmi” son əsrə qədər davam etmiş, dünya xalqları dəfələrlə onun ağır nəticələri ilə üzləşmişlər.

Bu da sizə "fransız ləyaqəti" və bunları sərgiləmək olar, tankları, topları, dəbilqələri isə yox!

Fransanın sərgilədiyi "ləyaqətlərdən" bəziləri:


✅ Vyetnam: 1872-1954 arasında 500 mindən çox dinc sakin öldürüldü.

✅ Əlcəzair: Fransa işğal zamanı 1 milyon 500 min Əlcəzair vətəndaşı qətliama uğradı. Paris hələ də bu qətliamda özünü günahkar bilmir və qırğınların soyqırım olduğunu qəbul etmir.

✅ RUANDA: 1994-cü ildə 800 min insanın ölümü ilə nəticələnən qırğından Fransa məsuliyyət daşıyır.

✅ AFRİKA: Qabon, Senegal, Benin, Tunis, Qvineya, Burkina Faso, Çad, Kamerun və Cibuti kimi Afrika ölkələrində fransızlar sadəcə insanları öldürmədilər. Qətliamlardan sağ çıxanları da dinini dəyişməyə məcbur etdilər.
Bəli, budur fransız ləyaqəti! //OVQAT.COM//