Gündəm / Siyasət

Cəlilababadda reyd keçirilib

Cəlilababadda reyd keçirilib
Kanal14.AZ: - Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə rayon ərazisində növbəti reyd təşkil olunub.

DİN-dən verilən məlumatda deyilir ki, reyd zamanı kobud qayda pozuntularına yol verənlər, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktiki söhbətlər aparılıb. Nəqliyyatın hərəkətinin sıx olduğu ərazilərdə keçirilən reyd nəticəsində qayda pozan sürücülər barəsində inzibati protokollar tərtib edilib.


Cəlilababadda reyd keçirilib