Gündəm / Sosial

Bəstəkar- jurnalist Məhərrəm Quliyevə müraciət etdi

Bəstəkar- jurnalist  Məhərrəm Quliyevə müraciət  etdi
 
 
 
 
 

 
 
Kanal14.az: - Bəstəkar-jurnalist Elnur Baxış redaksiyamız vasitəsilə Goranboy RİH-nin başçısı Məhərrəm Quliyevə ərizə ilə müraciət edib.
Vətəndaşın müraciətini olduğukimi təqdim edirik.
 

Goranboy rayon icra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevə.
Gəncə şəhəri, Fikrət Əmirov küçəsi bina 26,mənzil 30-da kirayə  yaşayan (Əmirov Elnur Elşən oğlu) Elnur Baxış tərəfindən 
 Ərizə.
Çox hörmətli Məhərrəm müəllim ,məlumunuz olsun ki, 2003-cü ildən  bu günə kimi, Azərbaycan mədəniyyətinə, mətbuatına, ədəbiyyatına xidmət edirəm. Respublikanın Əməkdar artisti Məhəbbət Kazımov haqqında "O səsin  sehri" adlı kitabın müəllifiyəm. Çoxlu sayda mətbuatda yazılarım dərc olub.Jurnalist-bəstəkaram. Azərbaycan Jurnalistlər birliyinin üzvüyəm. Leyla Əliyevanın  "Dünya yuxutək əriyir" şeirlər kitabı haqqında bir yazım Ədalət qəzetində çap olunub. Bəstələdiyim mahnıları populyar müğənnilərdən  Təranə İmanova, xalq artisti Gülyaz Məmmədova, xalq artisti Şahnaz Haşımova və bu kimi sənətkarlar ifa ediblər. Leyla Əliyevanın ,"Gedəcəyəm" adlı şeirinə  bəstələdiyim mahnım Kamilə Nəbiyevanın  ifasında  lentə alınıb. Hər il Jurnalistlərə ev veriləndə  yaddan çıxmışam. İki az yaşlı övladımla Gəncə şəhəri, Fikrət Əmirov küçəsi bina 26,mənzil 30-da kirayə yaşayıram. 
Hörmətli Məhərrəm müəllim sizdən bir bəstəkar kimi, Jurnalist kimi xaiş edirəm ki, Goranboyun Hazırəhmədli kəndinin girəcəyində, bağçanın yanındakı  zibillik  yerini  ev tikmək üçün mənə  verəsiniz. Əvvcədən sizə öz təşəkkürümü bildirirəm.

Hörmətlə Elnur Baxış

Jurnalist-bəstəkar.
Azərbaycan Jurnalistlər birliyinin üzvü
Tel 055-980-57-17