kanal14.az
kanal14.az

Aprelin 12-də gözlənilən hava şəraiti

Aprelin 12-də  gözlənilən hava şəraiti
12-04-2021, 11:14 77 dəfə baxılıb

Aprelin 12-də  gözlənilən hava şəraiti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
Milli Hidrometeorologiya Xidmətinin Kanal14.az-a verdiyi məlumata görə aprelin 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.   

Havanın temperaturu  gecə  8-10 dərəcə, gündüz 17-22 dərəcə isti, Bakıda gecə 8-10 dərəcə, gündüz 20-22 dərəcə  isti olacaq. 

Atmosfer təzyiqi  760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq. 
 
Aprelin 12-də  Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi  əsəcək. Havanın temperaturu gecə  8-13 dərəcə  isti, gündüz  20-25 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti,  gündüz  10-15 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoz 
Aprelin 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA