kanal14.az
kanal14.az

COVID-19-un yeni əlamətləri üzə çıxır - Həkimdən HƏYƏCAN TƏBİLİ

COVID-19-un yeni əlamətləri üzə çıxır - Həkimdən HƏYƏCAN TƏBİLİ
10-04-2021, 15:55 116 dəfə baxılıb

COVID-19-un yeni əlamətləri üzə çıxır
"COVİD-19 hava damcı yolu ilə yoluxan bir infeksiya olduğu üçün yoluxanların sayı baxımından böyüklər və uşaqlar arasında çox ciddi bir fərq yoxdur".

Bunu Milli.Az-a açıqlamasında pediatr Azər Əhmədov deyib.

Həkim bildirib ki, koronavirus üçün spesifik bir əlamət yoxdur:

"Uşaqlarda da böyüklərdə olduğu kimi son zamanlar yoluxanların sayında müəyyən artımlar var. Müraciət edən xəstələrin sayında son günlər bu artımı biz də müşahidə etməkdəyik. Amma bu o demək deyil ki, uşaqlar böyüklərdən daha çox yoluxurlar, yaxud da daha az yoluxurlar.

Bu, tibb aləmi üçün yeni bir xəstəlik olduğu üçün hər keçən gün yeni əlamətlərinin üzə çıxması ilə qarşı-qarşıya qalırıq. Məsələn, əvvəl deyirdik ki, kəskin resperatur virus infeksiyasıdır və buna sadəcə bir boğaz ağırısı ilə yüksək hərarətlə müraciət edən xəstələrdə daha çox qarşılaşırdıqsa, indi bəsit bir qarın ağrısı ilə və yaxud ishal şikayəti ilə müraciət edən uşaqlarda da bu virus aşkar edilir. Ona görə də spesifik bir əlamət yoxdur. Böyüklərdə spesifik əlamətlərdən biri kimi deyirik ki, qoxu bilmənin, dad bilmənin itməsi ilə əlaqəlidir, amma azyaşlı uşaqlar özlərini çox yaxşı ifadə edə bilmədikləri üçün uşaqlarda daha çox fərqli simptomlar qabarır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA