Gündəm / Siyasət

"Amerika şou-biznesinə qatılmağı düşünmürəm"


"Amerikaya gəlməyi heç zaman düşünməmişəm. Bu da Allahın bir qismətidir. "Green Card” lotoreyası qazanıb bura gəldim. Amerikada əsasən sənətimlə məşğulam. Hər kəs kimi orta durumda yaşayıram. Həm inglis dilində, həm də öz dilimizdə mahnılar ifa edirəm. Mən Bakıda da inglis dilində mahnılar oxuyurdum. Restoranlarda da oxuyuram, konsertlərdə də. Burada konsertlər pulludur. Hal-hazırda inglis dilini öyrənmək üçün kurslara da gedirəm. Azərbaycanda mənə "Elit Toylar Kralı” deyirdilər, Amerikada isə "Toylar Kralı”. Amerika şou-biznesinə qatılmağı düşünmürəm, çünki əsl sənətkara şou biznes gərək deyil. İncəsənət universitetini bitirmişəm ki,incəsənət adamı olum, şou biznes adamı yox. Mən heç öz ölkəmdə də şou-biznesdə olmamışam”

Bunu Moderator.az-a açıqlamasında "Green Card” qazanaraq Amerikaya köçən müğənni Elariz Məmmədoğlu bildirib. Müğənni Bakı üçün darıxdığını da bildirib.

"Azərbaycandakı sənət yoldaşlarımla arabir hal-əhval da tuturam. Etiraf edim ki, hamı üçün, hər yer üçün darıxıram. Koronavirus mane olmasa indi gələrdim, amma 2-3 aya gələcəm. Mənim üçün problem yoxdur, çünki sənədlərim düppədüzdür. Azərbaycan incəsənətində hər kəsin öz yeri var, inanmıram ki, kimsə mənim yerimi tutsun, yerimi tutsalar da halal xoşları olsun. Burada çoxlu azərbaycanlı dostlarım var. Mənim çalışdığım "Baku Nights” restoranına gəlirlər, musiqimə qulaq asıb, rəqs edirlər. Onu da deyim ki, Azərbaycandakı qazancım daha üstündür, Azərbaycanın pulu bərəkətlidir. Bərəkət də artım deməkdir” deyə müğənni bildirib.

"Hal-hazırda bilirsiniz ki, ölkəmizdə pandemiya hökm sürür. Sənətçilərdə vəziyyət o qədər də ürəkaçan deyil. Heç pul üçün sizə müraciət edənlər olub?” sualına isə sənətçi belə cavab verib.

"Sənət yoldaşlarımla əlaqə saxlayıram. Hər kəs razılıq edir” deyə qısa cavab verib.