Gündəm / Siyasət

“Azərbaycan Ermənistanın təzminat ödəməsi üçün beynəlxalq sənədlərə əsaslanan iş aparır” - VİDEO


"Dünya təcrübəsində işğal və hərbi təcavüz nəticəsində vurulan zərərə görə təzminat ödənilməsi ilə bağlı real faktlar var”.

Bunu "Report”un canlı efirində "Hüququmuz var” verilişinin qonağı, beynəlxalq hüquq üzrə ekspert, professor Əmir Əliyev deyib.

O bildirib ki, müharibə cinayətləri törədən Ermənistanın təzminat ödəməsi üçün Azərbaycan beynəlxalq sənədlərə əsaslanan iş aparır: "Təzminat məsələsi ilə bağlı ilk növbədə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və BMT çərçivəsində qəbul edilmiş digər sənədlər müəyyən olunur. BMT Təhlükəsiz Şurasının qəbul etdiyi bu sənədlərə əsasən, məcburi köçkünlərin təhlükəsiz və şərəfli qayıdış hüququ müəyyən edilir. Ermənistan məcburi köçkünlərin qayıdığı üçün bütün şəraiti yaratmalıdır. Ermənistan nəinki minaların xəritəsinin verilməsi, həmçinin onların öz yurdlarına yerləşdirilməsində və onlara dəymiş ziyanın müəyyənləşdirilməsində Azərbaycanla əməkdaşlıq etməlidirlər”.

Ekspertin sözlərinə görə, beynəlxalq sənədlərdə birmənalı olaraq göstərilir ki, məcburi köçkünlərə vurulmuş zərər onu törədən dövlət tərəfindən ödənilməlidir.