Gündəm / İqtisadiyyat

Neftin bahalaşması sürətləndi

Neftin bahalaşması sürətləndi
ABŞ hökumətinin ölkədəki neft ehtiyatlarının həcminə dair rəsmi açıqlaması ərəfəsində neftin qiymətləri artmaqda davam edir.

"Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 14.11-ə olan vəziyyətə görə, "Brent” markalı neftin iyun fyüçersləri 0,99 faiz bahalaşaraq 63,35 ABŞ dollarından, WTI markalı neftin may fyüçersləri isə 0,91 faiz bahalaşaraq 59,86 dollardan satılıb.

API-nin məlumatına görə, ötən həftə ABŞ-dakı neft ehtiyatları 2,62 milyon barel azalıb. Bu gün axşam hökumətin verəcəyi rəsmi açıqlamada 1,44 milyon barel azalmanın bildirəcəyi gözlənilir.

Bununla yanaşı, "Brent” markalı neftin qiymətinin 60-65 dollar arasında sabitləşəcəyi güman edilir.

"OPEC+ çərçivəsində artacağı deyilən hasilat müvafiq şəkildə tələbat artımı ilə də təmin olunmalıdır” – deyə "Saxo Bank” eksperti Ole Hansen bildirib.