Gündəm / Dünya / Mədəniyyət

25 milyonun sitayiş etdiyi din: Azərbaycanda ona aid məbəd...

Hələ 500 yaşı olan Siqhizm, ən böyük dinlərindən biridi. Demək olar bütün dünya ölkələrində inanılan bir din olan Siqhizmə 25 milyondan çox insan sitayiş edir. 

Siqhizm dünyanın 10 böyük dinindən biridir. Bu dinə inanan insanlar özlərini Siqh olaraq tanıyırlar. Yalnız ABŞ-da təxminən 500 min, dünyada isə 25 milyona yaxın Siqhin yaşadığı məlumdur.

Pakistanın bir hissəsi olaraq da bilinən köhnə Pəncabın şimal hissəsində, 16-cı əsrdə ortaya çıxan Siqhizm dininin qurucusu Quru Nanakdır. Quru Nanak, içində böyüdüyü Hindu fəlsəfəsini rədd etməsi ilə tanınır. Ömrü boyu kənd-kənd gəzərək, getdiyi hər yerdə "Tanrılar”  anlayışını pisləyən Nanak, yalnız bir Tanrı olduğu fikrini təbliğ edib.  Siqhizm dininin müqəddəs kitabı "Quru Qrant Sahib"dir. Amma bu siqhlər tərəfindən sadəcə kitab kimi deyil, eyni zamanda canlı varlıq kimi də qəbul olunur. 1430 səhifəlik bu kitabda Siqh dininin qurucuları ilə yanaşı, müsəlman və hinduizm liderlərinin sözlərindən də istifadə edilib.

Siqhizim çoxtanrılı dinləri qətiyyətlə rədd edir. Bu dinə görə, bütün insanlar bərabər sayılır. Bütün Siqhlərin məğlub etməli və təmizləmələri lazım olan beş şər var. Siqhizimə inanan sihlər əvvəlcə öz içlərindəki bu beş şərin öhdəsindən gəlməlidirlər. Qəzəb, eqo, maddi bağlılıq, hirs və şəhvət məhz həmin beş şər duyğudur.

Azərbaycanda bu dinə inananlar varmı? Ümumiyyətlə, ölkəmizdə bu dinlə bağlı hər hansı bir məbəd mövcuddurmu?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Lent.az-a bildirildiyinə görə, onlarda bu barədə heç bir məlumat yoxdur:

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ölkəmizdə Siqhizm dininə mənsub şəxslərin yaşaması barədə məlumat daxil olmayıb. Eyni zamanda, respublikamızda adıçəkilən dinə aid məbəd də qeydə alınmayıb”.