Gündəm / Şou

"Mən də boşanma krizi yaşamışam"


Hər cütlük 4 ildən bir boşanma krizi yaşayır. Mən də yaşamışam. Necə deyim, yox? Ailədə söz-söhbət, hər şey olur. Biri od olanda, biri su olmalıdır. Amma mən də konfet deyiləm. Vay o günə üzüm dönsün.

Kanal14.az  axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Gün ortası" proqramında deyib. Sənətçi həyat yoldaşı Rövşən Cahangirovla münasibətlərindən danışıb.

Elnarə gündəmdə qalmaq üçün verilişlərdə qurulan ssenarilərdən söz açıb:

"Gündəmdən geri qalmağı sevmirəm. Çalışıram ayaqlaşım. Bəzən isə verilişdə oturub qeybət edir, ya da ağla, danış deyirlər. Xaricdə yaşasaydıq, bəlkə bunları edərdim. Amma Azərbaycanda edə bilmirəm. Yeni bir ailəyə girmişəm. Qayınana, qayınata, ailə var. Çalışıram elə danışım, addım atım ki, ailəmə, övladlarıma söz gəlməsin".

Elnarə pəhriz saxlamamısndan danışaraq "Beşgünlük dünyadır. Bəlkə burdan gedəndə öldüm. Niyə gözüm masadakında qalsın. İstəyirəmsə, az da olsa yeyəcəm" sözlərini söyləyib.

İfaçı bildirib ki, övladları çox dəcəldir:
"Qonşular da dəfələrlə üstümə gəliblər. Hətta bir dəfə balonu eyvandan atıblar, xoşbəxtlikdən kiməsə ziyan dəyməyib. Ən nadinç Tuğərdir".

E.Xəlilova "Sizin verilişə çağıranda gah Röya Ayxan, gah da Natavan Həbibidən sual verirlər. Danışırsınız" sualına "Nömrələri yoxdur. Olsa danışaram. Sual versinlər, normal danışmaq lazımdır. Qeybət yox. Bundan tamaşaçı da bezir" cavabını verib.