Gündəm / Siyasət

Vilayət Eyvazov işdən çıxardığı şöbə rəisinə daha aşağı VƏZİFƏ VERDİ - ƏMR

Vilayət Eyvazov işdən çıxardığı şöbə rəisinə daha aşağı VƏZİFƏ VERDİ
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Vüqar Abbasov Xətai rayon polis idarəsinin ictimai təhlükəsizlik şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bir müddət öncə Suraxanı RPİ-nin ictimai təhlükəsizlik şöbəsinin rəisi vəzifəsindən azad olunaraq sərəncama götürülmüşdü.