Gündəm / Siyasət / Cəmiyyət / Sosial

Nazirlər Kabineti qərarı təsdiqlədi - Bu uşaqlara görə pul veriləcək

Nazirlər Kabineti qərarı təsdiqlədi - Bu uşaqlara görə pul veriləcəkBaş nazir Əli Əsədov "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq məhkəmənin uşağın övladlığa götürülməsi barədə qətnamədən çıxarışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edildiyi gündən ən geci 5 iş günü müddətində övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət təyin ediləcək.

Təyin edilmiş müavinət bu Qaydalara uyğun olaraq ödəniləcək.