Gündəm / Siyasət / İqtisadiyyat

Azərbaycanın neft ixrac etdiyi ölkələr - REYTİNQ

Azərbaycanın neft ixrac etdiyi ölkələr
Bu ilin yanvar-fevral aylarında Azərbaycan İtaliyaya 1 040 244,18 min ABŞ dolları dəyərində 2 930 074,8 ton neft ixrac edib. Bununla da, İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Hindistan yer alıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 215 964,03 min dollar dəyərində 574 033,93 ton neft ixrac edib.

Məlumata görə, Azərbaycanın neft ixracı üzrə siyahıda İspaniya üçüncü yer tutur. Yanvar-fevral aylarında bu ölkəyə 175 557,63 min dollar dəyərində 507 406,05 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin ilk iki ayında 16 ölkəyə neft ixrac edib.

Azərbaycanın neft ixrac etdiyi ölkələrin tam siyahısı:

Azərbaycanın neft ixrac etdiyi ölkələr