Gündəm / Siyasət

"I Qarabağ savaşından sonra Azərbaycanda yaşananlar bu gün Ermənistanda təkrar olunur" - ekspert


Birinci Qarabağ savaşından sonra bizdə də məhkəmə prosesləri oldu, nə qədər hərbçi müttəhimlər kürsüsünə əyləşdi, bu gün eyni hal Ermənistanda da təkrar olunur və odur ki, burda heç bir qəribə şey yoxdur...

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Politoloqun sözlərinə görə Ermənistan müharibədəki məğlubiyyətə görə indi günahkar axtarır:

"Hər bir məğlubiyyətdən sonra günahkarları axtarırlar. Birinci Qarabağ savaşından sonra bizdə də məhkəmə prosesləri oldu, nə qədər hərbçi müttəhimlər kürsüsünə əyləşdi. Mətubatda düşmənin xain olmasıyla bağlı yazılar dərc olundu. Ona görə də bu gün eyni hal Ermənistanda da təkrar olunur və odur ki, burda heç bir qəribə şey yoxdur. Məsəl var deyir ki, "qələbəya sahib çıxan çox olar, məğlubiyyətsə yetim olar”, hamı bunu boynundan atır. Ona görə də Ermənistan Vətən müharibəsindəki acı məğlubiyyətindən sonra hərbçilərini məsuliyyətə cəlb etməyə başlayıb”.

Qeyd edək ki, Ermənistanın "Joxovurd” qəzetinin yaydığı məlumata görə Vətən müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanda 1500 cinayət işi qaldırılıb. Bununla bağlı Ermənistanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsində tədqiqatlar aparılır. Bundan başqa cinayət işləri üzrə təxminən 180 hərbi qulluqçu saxlanılıb, 500-dən çox insan məsuliyyətə cəlb edilib.