kanal14.az
kanal14.az

Mebel ustası adı altında "dələduz"luq edən şəxsin kimliyi məlum oldu-VİDEO/FOTO

Mebel ustası adı altında
12-03-2021, 09:00 65 dəfə baxılıb

Mebel ustası adı altında "dələduz"luq edən şəxsin kimliyi məlum oldu-VİDEO/FOTO



 



Ötən il  "DogruXeber.az” informasiya agentliyinin redaksiyasına Binəqədi rayon Süleyman Sani Axundov küçəsi mənzil 53 ünvanında "kirayə” yaşayan Ağamoğlanova Sevda Paşa qızı tərəfindən şikayət xarakterli müraciət daxil olmuşdur. Belə ki, S. Ağamoğlanova evinə dolab,  yataq  mebeli almaq istəmiş və bunun üçün ilk olaraq sosial şəbəkə üzərindən münasib mebel satış mərkəzlərini axtarmağı qərara almışdır. Məhz bunun üçün də ilkin olaraq "Lalafo.az” saytına daxil olmuş,  Rast gəldiyi elanda qeyd olunan şərtlər diqqətini çox cəlb etmiş, beləliklə S.Ağamoğlanova dərhal elanda qeyd olunan Hüseyn adlı şəxsin 055-603-07-77 əlaqə nömrəsinə zəng vurub,ona elanda qeyd olunan şərtlərə uyğun mebel almaq istədiyini bildirmişdir. 
Şərtlərdə  sifarişin götürülməsi,çatdırılması və quraşdırılmasının pulsuz olduğu qeyd olunmuşdur. Hüseyn adlı şəxs S. Ağamoğlanovadan sifarişi götürmək üçün yaşadığı mənzilin ünvanını öyrənib və ertəsi gün həmin mənzilə gəlib. 

Hüseyn adlı şəxs mənzildə mebelin qoyulacağı yerin ölçüsünü götürdükdən sonra S. Ağamoğlanovadan ilkin olaraq "beh” istəyib. Xanım isə şəxsə güvənmədiyi üçün onun şəxsiyyət vəsiqəsinə baxmağı tələb edib. Hüseyn adlı şəxs isə bildirib ki,”şəxsiyyət vəsiqəm üzərimdə deyil.” Sonra Sevda xanım onun fotorəsmini telefonla çəkib,ilk olaraq dolabın 400 manatını ödəyib və qalan məbləğin isə digər mebel gəldikdən sonra ödəyəcəyini bildirib. Ağbirçək Sevda xanımın aölına belə gəlməzdi ki, mənzilinə mebel ustası adı altında gələn Hüseyn adlı şəxs "dələduz”dur.  Pulu aldıqdan sonra mənzili tərk edən "dələduz” Hüseyn adlı şəxs bir neçə gün sifarişçi Sevda xanımı müxtəlif bəhanələrlə aldadır və sonradan isə xanıma verdiyi əlaqə nömrəsini birdəfəlik sondürür. Artıq, aldanıldığını başa düşən Sevda xanım DİN-in 102 qaynar xəttinə zəng vurub hadisə haqda məlumat verir. Hadisə ilə bağlı iş Binəqədi rayon V polis bölməsində araşdırma başlanılır. Amma, təəssüflər olsun ki,zərərçəkmişin sözlərinə görə bölmədə işə laqeyid yanaşırlar. Bölmə əməkdaşlarının işə soyuq yanaşdığını görən zərərçəkmiş S.Ağamoğlanova məsələ ilə bağlı DİN-i cənab Vilayət Eyvazova rəsmi müraciət ünvanlayır. 

Nazirliyə olunan müraciətdən  sonra iş BŞBPİ-də (Bakı Şəhər Baş Polis idarəsi) araşdırılır. Aparılan araşdırılmalardan sonra mebel ustası adı altında "dələduz”luq edən Hüseyn adlı şəxsin bacısın və anası tapılır. Məlum olub ki,Hüseyn adı altında "dələduz”luq edən şəxsin əsl adı Hüseynov Ruslan Rüstəm oğlu imiş. 23.04.1979-cu il təvəllüdlü Hüseynov Ruslan Rüstəm oğlu Yevlax rayon Nizami küçəsi ev 36 mənzil 32-də qeydiyyatdadır. Zərərçəkmişin sözlərinə görə "dələduz”luq edən R.Hüseynovun bacısı Ramilə bildirib ki,qardaşının yaramaz əməlinə görə aylıq qazan əldə etdiyi iş yeribndən qovulub. Bir sözlə ailə də R.Hüseynovun əməlindən zərərə uğrayıb. Hazırda 5-ci polis böməsində Ruslan Hüseynovun axtarılmasına dair iş davam edir. Qeyd edək ki, redaksiyamıza müraciyət edən Sevda Ağamoğlanova xalqa müraciət edərək xahiş edib ki, "FOTO” da əks olunan şəxsi kim görsə dərhal DİN-nin 102 xidmətinə məlumat versinlər. 
"DogruXeber.az”

Mebel ustası adı altında "dələduz"luq edən şəxsin kimliyi məlum oldu-VİDEO/FOTO




 








Mebel ustası adı altında "dələduz"luq edən şəxsin kimliyi məlum oldu-VİDEO/FOTO


 










Mebel ustası adı altında "dələduz"luq edən şəxsin kimliyi məlum oldu-VİDEO/FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA