Gündəm / Hadisə

36 gün əvvəl Kürdə batan şəxsin meyiti tapılıb

36 gün əvvəl Kürdə batan şəxsin meyiti tapılıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Kürdə batan şəxsin meyiti tapılıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanvarın 31-də FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.

Axtarışda olan Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.