Gündəm / Dünya

Britaniyalı cinayətkar qruplaşma Çexiyada banklardan 54 milyon avro oğurlayıb

Britaniyalı cinayətkar qruplaşma Çexiyada banklardan 54 milyon avro oğurlayıb
 
 
 
 
 
 
 

Mərkəzi Böyük Britaniyada yerləşən mütəşəkkil cinayətkar qruplaşma fırıldaqçılıq yolu ilə Çexiyadakı iki bankdan və bir sığorta şirkətindən 1,4 milyard kron (təxminən 54 milyon avro) oğurlayıb.

Bu barədə Çexiya televiziyası məlumat yayıb.

Dələduzlar polad tədarükü üzrə saxta müqavilələrlə bu vəsaitin "arxasına keçib”.Azı 21 belə hadisə olub. Hər dəfəsində maliyyə təşkilatları dələduzlara onmilyonlarla kron (milyonlarla avro) məbləğində kredit verib.

Şübhəlilərdən dördü Çexiyadadır. Onlardan üçü Çexiya, dördüncüsü isə xarici dövlətin vətəndaşıdır. Onlara qarşı bank və sığorta əməliyyatlarında böyük fırıldaqçılıq əməli ittihamı irəli sürülüb. Onlar on il müddətinə azadlıqdan məhrum edilə bilərlər.