Gündəm / Siyasət

Ermənilər iki pis arasında: - hansını seçəcək?

Ermənilər iki pis arasında:
İrəvanda baş verən məlum hadisələrdən sonra Nikol Paşinyanın taleyi sanki həll edilmış görünürdü. O, getməli idi. Amma Nikol qaldı və bunun məntiqi bir izahı var.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı siyasi şərhçi Maksim Yusin yazıb.

Onun sözlərinə görə, Nikolun vəzifəsində qalmasına səbəb erməni xalqının ona əvəz tapa bilməməsidir:

"Paşinyana əvəz tapa bilməmək onun ideal olması anlamına gəlmir. Sadəcə ermənilər "iki pislik” arasında qalıblar. Bir tərəfdə Nikol, bir tərəfdə isə Serj və Robert. Problem ondadır ki, həqiqətən də Paşinyana yeganə real alternativ - keçmiş prezidentlər Köçəryan və Sərkisyan və onların qondarma "Qarabağ klanı”dır. Ancaq bu insanlar korrupsiya ilə, iqtisadiyyatda durğunluq ilə, müharibədə məğlubiyyətə gətirib çıxaran addımlarla assosiasiya olunurlar.

Ona görə də Ermənistan "üçüncü qüvvə” axtarışına çıxıb. Onlara yeni "beli çantalı adam” lazımdır. Bu da bugünkü Ermənistanın ən böyük faciəsidir”, - deyə ekspert vurğulayıb.