Gündəm / Siyasət

Ərdoğanla Putin arasında telekonfrans formatlı görüş olacaq

Ərdoğanla Putin arasında telekonfrans formatlı görüş olacaq
 
 
 
 
 
 
 

 
 
 
 

 
 
 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telekonfransın təşkilinə hazırlıq işlərinin aparıldığını təsdiqləyib.

 

Yenicag.az xəbər verir ki, bu barədə "Sabah” nəşri məlumat yayıb.

Qeyd olunur ki, iki ölkə lideri üçüncü "Akkuyu” Atom Elektrik Stansiyası blokunun təməlqoyma mərasimində onlayn iştirak edəcəklər.

Dmitri Peskov həmçinin əlavə edib ki, telekonfransda prezidentlər arasında substantiv danışıqlar planlaşdırılmır.