Gündəm / Siyasət

 “Azərbaycan Laçın dəhlizini təcili nəzarətə götürməlidir” – Sabiq MTN polkovniki

  “Azərbaycan Laçın dəhlizini təcili nəzarətə götürməlidir” – Sabiq MTN polkovniki
 
 
 
 
 
 
 
"Azərbaycan, Ermənistanda ordu ilə hakimiyyət arasında yaranan gərginliyin və qeyri sabitliyin daha ağır nəticələrə gətirəcəyini nəzərə alıb, Laçın dəhlizi istiqamətindəki dövlət sərhədini Rusiya sülhməramlıları ilə birlikdə təcili nəzarətə götürməlidir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert, sabiq MTN polkovniki İlham İsmayıl səsləndirib. İlham İsmayıl bildirib ki, bu məqsədlə Rusiya Xarici İşlər Nazirliyi ilə təcili müzakirələr başlanmalı və təhlükənin ağır nəticə verəcəyi əsaslandırılmalıdır: "Nəzərə almaq lazımdır ki, qarşı tərəfin biri sivil müxalifət deyil, hərbçilərdir. Hərbi çevriliş baş tutarsa onlar havadarlarının köməyi ilə Qarabağda təxribata əl ata bilərlər”.