Gündəm / Dünya

Paşinyan: "Qaçmayacağam, istefa verməyəcəyəm!"

Paşinyan: "Qaçmayacağam, istefa verməyəcəyəm!"
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ofisləri İrəvanda olan beynəlxalq təşkilatlar əməkdaşlarını evə yollayıblar.

Milli.Az bildirir ki, həmin ofislərdə yalnız mühafizəçilər qalıblar.

"Əgər Nikol Paşinyan zor tətbiq etmək fikrinə düşərək polisi xalqa qarşı çızararsa, ordu İrəvana girəcək. Ordu İrəvana girərsə, polis təslim olacaq. Baş Qərargahın da bəyanatı o deməkdir ki, hərbçilər aşkar şəkildə xəbərdarlıq edirlər: onlar polisin güc tətbiq etməsinə imkan verməyəcəklər. Ordu xalqın tərəfindədir. İki yol var: ya hökumət bu gün istefasını bəyan edir, ya da zalş Hökumət Binasına daxil olaraq siyasi meyiti kabinetindən çıxarır, polis də müqavimət göstərmir", - erməni siyasi şərhçi Stepan Danielyan Facebook səhifəsində yazıb.

Ermənistanda Baş nazir Nikol Paşinyanın tərəfdarları və əleyhdarları arasındakı qarşıdurma küçə toqquşmaları və hətta vətəndaş müharibəsinə çevrilə bilər.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti vətəndaşları radikal addımlar atmaqdan çəkinməyə çağırıb.

"Xəbərdarlıq edirik ki, qanunazidd istənilən hərəkət hüquq-mühafizə orqanlarının müvafiq reaksiyası ilə qarşılaşacaq. Belə qanunsuz əməllər Ermənistanın təhlükəsizliyinə təhdid ola bilər. Hamı bilməlidir ki, Ermənistanın dövlət orqanları funksiyalarını yerinə yetirməyə davam edir", - bəyanatda deyilir.

Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyan Baş nazir N.Paşinyanı istefa verməyə çağırıblar.

İrəvanda N.Paşinyan hökumət binasının qarşısındadır. Onun arvadı, oğlu və qızı yanındadır.

"Qaçmayacağam, istefa vermək niyyətində də deyiləm. Bəzi qüvvələr Ermənistanda hərbi çevriliş etmək istəyir", - Paşinyan deyib.

Küçələrdə Paşinyanın tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar başlayıb.